Kempo üzrə dünya çempionu Mirzə Məmmədov şou-bizneslə bağlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, ARB-nin “Show News” proqramına danışan idman ustası şou-biznesdəki abu-havadan narazı olduğunu dilə gətirdi. O, şou nümayəndələrinin reytinqə görə etdiyi ucuz reklamları qınayıb:
“Şou-reytinq xatirinə elə şeylər edirlər ki, baxanda iyrənirik. Əxlaq normalarını hədsiz dərəcədə keçirlər”.
Dünya çempionu xarici görünüşü ilə bir çoxlarının ağlını başından almağı bacaran gənc müğənni Mina Hüseynə olan simpatiyasını da gizlətməyib:
“Minanı çox bəyənirəm. Həm xarici görünüşünü, həm də ifasını”.