Türkiyənin “Rizəspor” klubunun ukraynalı futbolçusu Nikolay Morozyukun həyat yoldaşı İrina Morozyuk Ukrayna himninə göstərdiyi münasibətə görə sərt tənqid olunub.
Bu barədə “HaberGlobal” informasiya yayıb.
Sosial şəbəkədə paylaşılan videoda futbolçunun həyat yoldaşı alt paltarını nümayiş etdirərək Ukrayna himnini oxuyur. Bu video sosial şəbəkə istifadəçilərinin kəskin narazılığı ilə müşahidə olunub. Belə ki, hətta məsələyə münasibət bildirən hüquqşünaslar İrina Morozyukun dövlət rəmzinə hörmətsizliyə görə üç ilə qədər həbs edilə biləcəyini qeyd ediblər.
Oxu.az