Azərbaycanlı müğənni: “Kasıb oğlana ərə gedərəm” - VİDEOMÜSAHİBƏ

“Şou-biznesin gündəmində olmaq istəmirəm. Sakit və rahat başla işlər görmək istəyirəm. Heç kimlə savaşmadan, söz atmadan, quyusunu qazmadan, şər atmadan öz işini görür. Bu sadaladığım şeylərdən uzağam. Ömrümün də sonuna kimi Aila belə olacaq. Şou aləmdə ayağımın altını qazan, paxıllıq edən, gözü götürməyənlər də var. Heç kim mənə söz atmır. Çünki heç kimlə işim yoxdur”.

Azərbaycanlı müğənni: “Kasıb oğlana ərə gedərəm” - VİDEOMÜSAHİBƏ

Bu sözləri Oxu.Az-a müsahibəsində gənc və istedadlı müğənni Aila Rai deyib. Redaksiyamızın əməkdaşı ilə söhbətində ifaçı bəzi sənət yoldaşlarını gündəmdə qalmaq üçün açıq-saçıq geyimə əl atdıqlarını vurğulayaraq, onları həm tənbəh, həm də tənqid edib:

“Bir müğənni gündəmdə qalmaq üçün soyunmamalıdır. Efirə çıxırsa, açıq-saçıq geyinmək məcburiyyətində də deyil. Şəxsi həyatında nəcə istəyirsən geyinib, özünü apara bilərsən. Bu, sənin şəxsi həyatındır. Bunun heç kimə aidiyyatı yoxdur.

Qısa da geyinə bilərsən, küçəyə şortla da, qısa ətəklə də çıxa bilərsən. Lakin tamaşaçının önünə çıxırsansa, bədən ölçülərinə diqqət yetirməlisən. Bədən ölçülərinə görə geyinməlisən. Bizim müğənnilər isə öz bədən ölçülərinə görə düzgün geyinmirlər, kənardan çox vulqar görsənir. Zövqləri də sıfırdır”.

“İmkanlı, varlı kişilərdən sponsor təklifləri alırsan?” sualına isə ifaçının reaksiyası sərt olub:

“Xeyr. Mənə belə təkliflər edən olmayıb. Kimsə məni bəyənə bilər. Bu normaldır. Düşünürəm ki, mənə nəsə təklif etməyə hünərləri çatmaz, qorxarlar (gülür). Eləsələr, çox pis cavab verərəm. Mənə “səndən xoşum gəlir” kəlməsini deməyə çəkinirlər. Xasiyyətim tünddür. Çox yaxın insana elə bir sərt cavab verə bilərəm ki, həmin şəxs mənimlə ikinci dəfə danışmağa cəsarəti çatmaz”.

Azərbaycanlı müğənni: “Kasıb oğlana ərə gedərəm” - VİDEOMÜSAHİBƏ

“Hansı kişiyə “Hə” deyib, onunla evlənərsən?” sualını vermişdik ki, Aila barmaqlarını qatlayıb, həmin şəxsin xüsüsiyyətlərini sadalamağa başladı:

“İnsanlığı olmalıdır. Xasiyyəti mənə uyğun olmalıdır. Kişinin yaraşıqlı olmağı mənim üçün önəmli deyil. Düşünürəm ki, qadın gözəl olmalıdır. Sevməyi bacaran bir insan olmalıdır. Pul, avtomobil və ev mənim üçün önəmli deyil. Bunu da hər zaman deyirəm. “Heç zaman imkanı olmayan insana baxmaram” sözünü də demirəm. Həyatda hər şey ola bilər. O insanı həqiqətən sevsəm, ona diqqət ayırıb, onun tərəfinə baxa bilərəm.

Kasıb oğlana ərə gedə bilərəm. Onunla evlənəndən sonra elə edərəm ki, həyat yoldaşım çox yüksəklərə qalxsın. Çünki qadın ağıllı və zəkalıdırsa, önündə olan əri də ona qulaq asıb, ağılla hərəkət edib, yüksəklərə ucalıb, böyük naliyyətlər əldə edə bilər”.

Azərbaycanlı müğənni: “Kasıb oğlana ərə gedərəm” - VİDEOMÜSAHİBƏ

“Ərə getmək deyil, karyeramı qurmaq istəyirəm” deyən Aila Rai bu mövzuda fikirlərini belə davam etdirib:

“Ailə qurmaq üçün təkliflər gəlir. Amma bu təkliflərə hələ ki ciddi baxmıram. Çünki hazırda ADİU-nun üçüncü kursunda təhsil alıram. Evdə də deyiblər ki, bakalavrı bitirdikdən sonra sənədlərini maqistraturaya verəcəksən. Daha sonra aspiranturaya… Yəni mən hələ ən azı 4-5 il təhsil alacağam. Ərə getmək deyil, karyeramı qurmaq istəyirəm. Ərə getmək üçün hələ uşağam. Ürəyim azaddır. Sevdiyim şəxs də yoxdur”.

Загрузка...