Sumqayıt şəhərində əcnəbi vətəndaş yaşadığı mənzildə ölüb. Onun meyiti fevralın 3-də yaşadığı evdə aşkar olunub.

AZƏRTAC xəbər verir ki, hadisə şəhərin 21-ci məhəlləsində qeydə alınıb. Belə ki, iki həftə bundan öncə Sumqayıta gələn Hindistan vətəndaşı 1995-ci il təvəllüdlü Ranjit Surjit Kumar kirayədə qaldığı evin hamamında dəm qazından boğularaq ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...