Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Lusea şəhərindən 117,4 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Yamayka, Kuba və Kayman adaları üçün daha əvvəl Karib dənizində baş verən zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

“Reuters” xəbər verir ki, bu barədə ABŞ-ın Sunami Xəbərdarlıq Mərkəzindən bildiriblər.

Загрузка...