Rusiyanın İrkuts vilayətində dəmir yolu ilə hərəkət edən yük vaqonları relsdən çıxaraq aşıb.

REN TV xəbər verir ki, ilkin məlumata əsasən, relsdən çıxan vaqonların sayı 10-dur. Vaqonlarla kömür daşınıb.

Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə mətbuat xidmətindən bildirilib ki, xəsarət alan yoxdur, qatarların hərəkət qrafikində gecikmə ilə bağlı məlumat dəqiqləşdirilir.

Загрузка...