ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Kərim Abbasov və rəqqasə Renka (Rəna Ağamuradova) olub.

Verilişin aparıcısı Nazilə Səfərlinin müğənniyə “Səni partilərdə sosyetik qızların arasında görürəm. Niyə o görüntüləri paylaşmırsan?” sualına müğənnidən maraqlı cavab gəlib:
“Nə bilim… Arvaddan qorxuram, ona görə. Axşam evdə qırğın olacaq. Özü də bizim evdə Renkaya qarşı hədsiz qısqanclıq çoxdur. Niyə görə? Çünki axırıncı klipimiz Renka ilə oldu. Klip sosial şəbəkələrdə partlayışa səbəb oldu. Çox danışdılar ki, Kərimlə Renkanın arasında nəsə var.

Bizim evdəkinin də xətrinə dəydi ki, sizi niyə bir yerə calayırlar? Deyirəm, dostumdur… Klip zamanı evdəkinə zəng edirəm. Şokda kimi danışır. 3-cü xətdə də qaynım var idi. Deyir ki, kef elə, kişisən sən. Yoldaşım da deyir ki, nə kef etsin, onun ayağının altına qaz verirsən.

O vaxt qanımızın arasına qaynım girdi. Bu gün kim girəcək, bilmirəm”.

Загрузка...