BBC telekanalının faciəvi şəkildə həlak olan məşhur basketbolçu Kobe Brayantla bağlı hazırladığı reportaj azarkeşləri hiddətləndirib.

Lenta.ru məlumat verir ki, reportaj K.Brayanta həsr edilsə də, görüntülərdə başqa basketbolçu – “Los Angeles Lakers”in oyunçusu Lebron Ceyms nümayiş olunub. Reportaj dərhal sosial şəbəkələrdə yayılıb və azarkeşlər tərəfindən kəskin tənqidlə qarşılanıb.

Hadisəyə tanınmış jurnalistlərin və siyasətçilərin rəy yazmasından sonra telekanal buraxdığı kobud səhvə görə, izləyicilərindən və K.Brayantın fanatlarından üzr istəyib.

Xatırladaq ki, əfsanəvi basketbolçu K.Brayant və 13 yaşlı qızı Janna-Mariya Kaliforniyada baş verən helikopter qəzasında həlak olublar.

Загрузка...