Müəllimlərin sertifikasiyası ilə bağlı növbəti aylarda yeni qaydaların təsdiq olunması gözlənilir.

Oxu.Az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qaydalar təsdiq edildikdən sonra – 2020-ci ildən etibarən müəllimlərin sertifikasiya proseduruna başlamaq mümkün olacaq:

“Bir il ərzində sistemdə olan bütün müəllimlərin hamısının sertifikasiyadan keçməsindən söhbət getmir. Proses mərhələli şəkildə həyata keçiriləcək. Əsas məqsəd hərtərəfli qiymətləndirməni aparmaqla hər bir müəllimin fərdi inkişafını təmin etmək, onu stimullaşdırmaqdır.

Sertifikatlaşdırma proseduru nəticəsində müəllimlərin karyera inkişafı və bir sıra digər imtiyazların təqdim edilməsi zamanı sertifikasiyanın nəticələri nəzərə alınacaq.

Sertifikasiya nəticəsində təqdim olunan göstəricilərə çatmayan müəllimlər üçün əlavə imkanlar yaradılacaq. Onlara həmin səviyyəyələrə çatmaq üçün təkrar olaraq, ixtisasartırma təlimlərindən keçmək təklif olunacaq”.

Загрузка...