Çində şirkət rəhbəri işçilərini qəribə üsulla cəzalandırıb.

“Daily Mail”in xəbərinə görə, Çanqçun şəhərində şirkət rəhbəri işçilərini iməkləməyə məcbur edib.

İşçilər “and içirəm, öz günahımdır” deyərək, üç dəfə dairə vuraraq iməkləyiblər.

Buna səbəb onların işlərinin öhdəsindən gələ bilməməsi olub.

Şirkət rəhbəri bunu işçilərin könüllü etdiyini deyib:

“Əgər onlar özləri istəməsələr, bunu onlara güclə kim etdirə bilərdi ki?!”

Belə hadisəyə Çində ilk dəfə rast gəlinmir. Ötən il Tenqzhou şəhərində bir şirkət rəhbəri işçilərini cəzalandıraraq onları küçədə sürünməyə məcbur edib.

Görüntülər sosial mediyada yayımlanandan sonra ictimai qınaqla qarşılaşan şirkət rəhbəri bunun reklam xarakterli video olduğunu deyib.

Oxu.az

Загрузка...