Türkiyənin Ankara şəhərində ana on yaşlı oğlunu boğaraq öldürüb.

Haberler.com-un xəbərinə görə, Nurhan S. oğlu Osman S.-nın qulaqlarının quruluşuna görə sinif yoldaşları uşağa lağ edib.

Buna görə anası plastik qulaq əməliyyatı edilməsi üçün onu xəstəxanaya gətirib.

Əməliyyatdan sonra oğluna qulluq edən qadın xəstəxanada onun yanında qalıb.

İki gün sonra qadın oğlunu xəstəxananın tualetinə aparıb və boğaraq öldürüb.

Daha sonra o, avtomobil yoluna çıxaraq intihar etmək istəsə də, bacarmayıb və xəstəxananın təcili yardım şöbəsinə gələrək oğlunu öldürdüyünü etiraf edib.

Məhkəmədə verdiyi ifadəsində o deyib ki, əməliyyatdan sonra oğlunun ağrımasına dözə bilməyib:

“Mən oğlumu çox sevirdim. Xəstəxanada mənə dedi ki, ana, canım çox ağrıyır, gəl bərabər dua edib ölək. Oğlumu cənnətə gedəcək deyə öldürdüm. Peşmanam”, – deyib.

Vəkili isə onun gənc yaşda istəmədiyi adama zorla ərə verildiyini, həmin şəxs tərəfindən şiddətə məruz qaldığını, oğlunu öldürəndən sonra psixoloji xəstəxanada müalicə olunduğunu və ağlının yerində olmadığını qeyd edib.

Məhkəmə qərarı ilə qadın ömürlük azadlıqdan məhrum edilib.

 Oxu.az

Загрузка...