Tanınmış şair Nazilə Səfərli ARB TV-də yayımlanan aparıcısı olduğu “Ona qalsa” səhər şousunda qalmaqallı mövzuya toxunub.

Oxu.Az xəbər verir ki, o, bir neçə dəfə ərdə olub, ayrılıb və qızlara “təmiz və şəffaf ailə həyatı dərsi” keçən bəzi şou nümayəndələrini ifşa edib:

“Adam bacarıb, bir dəfə ərdə otura bilməyib, ikinci dəfə də ərə gedib. Onda da alınmayıb, üçüncü dəfə də ərə gedib. Gəlib, gəlinlərə deyir ki, mən illərdir qızlarımıza, gəlinlərimizə xeyir-dua verirəm. Zamanında heç sənin xeyir-duan verilməyib, sən kimə dua edirsən?”

Onun açıqlamaları isə verilişdə iştirak edən qonaqlar və tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

Загрузка...