ABŞ prezidenti Donald Tramp Avropa Birliyində istehsal olunan avtomobillərə gömrük rüsumları gətirməkdə qərarlıdır.
Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi tərəfindən məlumat verilib. ABŞ dövlət başçısı bununla Avropa Birliyini Birləşmiş Ştatlarla yeni ticarət sazişi imzalamadığı təqdirdə yeni tədbirlərlə hədələyib.
Onun sözlərinə görə, Ağ Ev hələ də Avropa ilə anlaşmaya ümid edir. D.Tramp daha öncə Avropa Komissiyasının sədri Ursual fon der Leyenlə görüşdüyünü söyləyib. “Avropa Komissiyasının sədri və çox hörmətli bir qadınla görüşmək gözəl oldu. Özü də bu xanımın olduqca sərt müzakirəçi olduğunu eştimişəm”,-deyə Donald Tramp jurnalistlərə bildirib.
ABŞ rəhbəri avropalıların dürüst olmaları haqda “bir şeylər etməli olduqlarını” anlayacaqlarını, bunun sayəsndə “aralarında hər hansı problem yaşamayacaqlarını” söyləməklə Qoca qitənin rəsmilərini üstüörtülü təhdid edib.
Qeyd etmək lazımdır ki, Donald Trampla Ursula Fon der Leyen vergi, rüsum və ticarət məsələləri üzrə tam zidd mövqedə dururlar və sərt tənqidlər səsləndirməkdən çəkinmirlər.