“Honkonqdakı demokratik səfərbərliyin təsiri nəticəsində əhalinin psixoloji sağlamlığı gərginlikdən dolayı dəyişib”.
Fransanın “Le Monde” qəzetinin verdiyi məlumata görə, bu barədə Honkonq universitetinin sosial iğtişaşların insan psixologiyasına təsirinin araşdırılması üzrə irimiqyaslı tədqiqatın nəticələri bunu göstərir.
Araşdırma müəllifləri insanların kütləvi halda Poatravmatik stress pozğunluğuna (PTSP) məruz qaldığını müəyyən ediblər. Tədqiqatın nəticələri Böyük Britaniyanın prestijli “The Lancet” jurnalında dərc olunub. Burada qeyd olunur ki, PTSP simptomlarının əhali arasından yayılması 2014-cü ildən bu yana son hadisələrin fonunda daha da artıb.
Ötən ilin iyun ayından Honkonqun demək olar ki, üçdə biri PTSP simptomlarını üzərlərində hiss edir. Əgər 2015-ci lin martında bu 5% təşkil edirdisə, 2019-cu ilin sentyabr- noyabr aylarında həmin göstərici 32%-ə çatıb.
Araşdırmaya görə, əhalinin 11%-də depressiya əlamətləri müşahidə olunur. Bundan başqa, siyasi xəbərlərin izlənilməsi məqsədilə sosial şəbəkələrə kütləvi müraciət də PTSP-nin yaranması üçün gözəl fürsət yaradır.
Honkonq universitetinin Tibb fakultəsinin dekanı Qabriel Lünun sözlərinə görə, vilayətin bu cür psixoloji problemlərin böyüməsinə qarşı resursu yoxdur. Bundan başqa, tədqiqat 18 yaşdan az nəsil üzərində həyata keçirilməyib.
“Hazırda Barselona, Paris, Dehli və ya Santyaqo kimi şəhərlərdə kütləvi nümayişlərin fonunda sosial iğtişaşların psixoloji sağlamlığa təsiri ictimai səhiyyə üçün ciddi problemə çevrilir”,-deyə Honkonq universitetinin digər əməkdaşı professor Maykl Ni qeyd edib.
Musavat.com