Azərbaycanlı Nigar Həsənzadə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “World Rising Stars-2020” (Dünyaya yüksələn ulduzlar-2020) gözəllik və model yarışmasının “Top model” nominasiyasında qalib olub.

Oxu.Az xəbər verir ki, müsabiqədə Azərbaycanla yanaşı, Gürcüstan, Özbəkistan, Tatarıstan, Estoniya, Cənubi Afrika, Ukrayna, Polşa, Çexiya, Latviya, Monqolustan, Rumıniya, Hindistan, Myanma və Albaniyadan olan modellər iştirak edib.

Nigar Həsənzadə “Miss and Mister Planet of Azerbaijan”ın qalibi olub. “Miss and Mister Planet of the World 2019” finalında Nigar üçüncü yerə çıxıb. N.Həsənzadə həm ölkəmizdə, həm də xaricdə müxtəlif reklam layihələrində və moda nümayişlərində fəal iştirak edir.

Загрузка...