Tibb elmləri namizədi Rəşid Mahmudov yod çatışmazlığından əziyyət çəkən ölkə əhalisinin 60 faizinin əqli cəhətdən qüsurlu olduğunu iddia edir.

BAKU.WS xəbər verir ki, tanınmış fizioloq Space TV-nin “Sadə həqiqətlər” proqramında söylədiyi fikirlərlə Respublikanın baş psixiatrı Nadir İsmayılovunda onunla razı olduğunu bildirib:
“Şizofreniyanın iki forması var; manyakal və depressiv. Depressiv formada bir küncə sıxılır və heç kəslə işi işi olmur, amma manyakal formada özünü böyütmə ideyaları olur. Daxilində deyir ki, məndən yoxdur. Belələri arasında özünü Lenin, Marks bilənlər də var.

Siz elə bilməyin ki, bu küçədə gəzən insanların hamısı əqli cəhətdən normaldır. 60 faiz insanlar mütləq əqli cəhətdən tam deyil. Bir dəfə ölkənin baş psixiatrı Nadir İsmayılovla bir yerdə çıxış edirdik. Bu rəqəmi dedim, qayıdıb dedi ki, Rəşid müəllim, niyə faizi azaldırsan? Mən deyərdim 70-80 faiz”.

Загрузка...