Roman Abramoviçin keçmiş arvadı Darya Jukova yunan milyarder Stavros Niarxosa ərə gedib.

“Daily Mail” bildirir ki, İsveçrənin “Klum” hotelində keçirilən toy cütlüyə 6,5 milyon dollara başa gəlib.

Çağırılmış qonaqların sırasında dizayner Stella Makkartni, amerikalı aktrisa Keyt Hadson və Böyük Britaniyanın şahzadəsi Beatris də olub.

Məlumata əsasən, cütlük hələ ötən ilin oktyabrında rəsmi nikaha girib.

Xatırladaq ki, Roman Abramoç və Darya Jukova 2017-ci ildə boşanıblar. Bu nikahdan onların iki övladı var.

Загрузка...