Məşhur müğənni Şəbnəm Tovuzlu yeni fotosessiyası ilə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, fotoqraf Pərviz Şalıyevin kamerası önünə keçən sənətçi bədənə yapışan uzun, qara libasla cəsarətli pozlar verib.

“İnstagram” hesabında paylaşdığı fotolarda bədən ölçülərini “fotoşop” proqramı ilə gözə çarpadacaq dərəcədə arıqladan müğənnin bu fotosessiyasında da eyni yoldan istifadə etməsi diqqətdən qaçmayıb.

“Həyatın enişli yolları çoxdur. Əsas odur ki, qalxdığın pillələri saymayasan. Necə ki bəzi pillə sayanlar kimi” ikibaşlı şərhi ilə sosial media hesabında yeni fotosessiyasını yayımlayan Şəbnəmin şəkillərinə müsbət rəylər və 6500-dən çox bəyənmə gəlib.

Загрузка...