Yanvar ayının 17-də seçkiqabağı təşviqat kampaniyasının başladığı ilk gün 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu bu rayonun İnqilab İsmayılov küçəsi 26 ünvanında seçicilərlə görüş keçirib. O özünün seçki platformasından bəhs edərək qarşıdakı 5 ildə onların yanında olacağını vəd edib. Bölgənin problemlərindən bəhs edən namizəd onların həlli ilə bağlı vətəndaşların səslərini aidiyyatı qurumlara çatdıracağını bildirib.

O, qeyd edib ki, həm də Yeni Müsavat Media Qrupunun əməkdaşları daim problemlərinizə işıq salacaq: “Mən də 21 ildir ki, Xətaidə yaşayıram, bütün problemləri sizinlə birgə yaşamışam, öncəki icra başçısı ilə qəzetim vasitəsilə savaşmışam. İndi də qəzetin gücü ilə millət vəkili gücünü birləşdirib daha çox iş görmək istəyirik. Ona görə də sizin səsinizi gözləyirəm”.

Sakinlər isə çıxışında dəfələrlə seçdikləri deputat tərəfindən aldadıldıqlarını, artıq seçkilərə inamlarının qalmadıqlarını bildirdilər. R. Arifoğlu hazırda ölkədə böyük dəyişikliklər getdiyini və Xətai rayonun da bu dəyişikliklərdən faydalanmasını istədiyini deyib.

Daha sonra Rauf Arifoğlu növbəti görüşünü general Mehmandarov və general Şıxlinski küçələrinin sakinləri ilə keçirib.

Musavat.com xəbər verir ki, ərazidəki seçki qərargahında sakinlərlə görüşüb, məram-məqsədini seçicilərinə çatdıran Rauf Arifoğlu onları narahat edən problemləri dinləyibi.

Daha sonra sakinlərlə söhbət general Şıxlinski 59 saylı binanın qarşısındakı, Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın şərəfinə hazırlanmış xatirə kompleksinin qarşısında davam etdi. Şəhidlərin xatirəsini sayğı ilə yad edən Rauf Arifoğlu bu kompleksin əsaslı təmirə ehtiyac duyduğunu vurğulayıb.

Sakinlər də qeyd ediblər ki, gecələr burada hər yer zülmət qaranlığa qərq olduğundan həyətə düşmək risklidir. Onlar bu qaranlıqda uşaqların üstünə hücum edən küçə itlərindən də şikayətləndilər. Onlar xahiş etdilər ki, barelyef yenilənsin, işıqlandırma sistemi bərpa olunsun, ətrafdakı uşaq parkı abadlaşdırılsın, oturacaqlar və uşaq əyləncə qurğuları yenilənsin.

Eyni zamanda burada yaşayan əhali digər problemlərdən də bəhs edib. Onlar bildiriblər ki, uşaq meydançasının yanında qoyulmuş zibil qutuları köhnə və ağzı açıq olduğundan burada bir çox hallarda antisanitariya vəziyyəti hökm sürür. Onlar buraya müasir zibil qablarının qoyulmasını xahiş etdilər. Seçicilər bu ərazidəki iki yşaq parkının abdlaşdırılacağına ümid etdiklərini bildiriblər.

Seçicilər bu ərazinin nəqliyyat problemindən də danışdılar. Onlar bildirildilər ki, avtobuslar kiçik tutumlu olduğundan, həmçinin ünvan başına yetişməkdən ötrü bir neçə avtobusdan istifadə məcburiyyəti qarşısında qaldıqlarından çox əziyyət çəkilrlər. Sakinlər ərazidə bankomatın olmadığından və bu səbəbdən də İnqilab İsmayılov küçəsindəki bankomatların qarşısında uzun növbələrin yarandığından da şikayətləniblər.

R.Arifoğlu onların ünvanladığı müraciəti müvafiq qurumlara yönəldəcəyini və məsələnin müsbət həllinə çalışacağını bildirdi. Deputatlığa namizəd onu da qeyd etdi ki, artıq generalların adını daşıyan küçələrinin sakinlərinin bankomat problemi ilə bağlı iki bankın rəhbərliyinə rəsmi müraciət edib.

Görüş zamanı bütün digər məsələlərlə bağlı da müxtəlif təkliflər səsləndi. R.Arifoğlu məsələnin tezliklə həll olunması üçün əlindən gələni edəcəyini söylədi.

Axşam saatlarında Rauf Arifoğlu Xətai rayonunun Naximov küçəsi 6a-nın seçicilərilə görüş keçirib.

O, özünün seçki platformasından bəhs edərək qarşıdakı 5 ildə onların yanında olacağını vəd edib. Bölgənin problemlərindən bəhs edən namizəd onların həlli ilə bağlı vətəndaşların səslərini aidiyyatı qurumlara çatdıracağını bildirib.

O, qeyd edib ki, həm də “Yeni Müsavat” Media Qrupunun əməkdaşları daim problemlərə işıq salacaq: “Mən də 21 ildir ki, Xətaidə yaşayıram, bütün problemləri sizinlə birgə yaşamışam, öncəki icra başçısı ilə qəzetim vasitəsilə savaşmışam. Bölgənin İndi də qəzetin gücü ilə millət vəkili gücünü birləşdirib daha çox iş görmək istəyirik. Ona görə də sizin səsinizi gözləyirəm”.

Sakinlər isə çıxışında dəfələrlə seçdikləri deputat tərəfindən aldadıldıqlarını, artıq seçkilərə inamlarının qalmadıqlarını bildirdilər. R. Arifoğlu hazırda ölkədə böyük dəyişikliklər getdiyini və Xətai rayonun da bu dəyişikliklərdən faydalanmasını istədiyini deyib.

Vətəndaşlar su probleminin həllini, istilik sisteminin bərpasını, məhəllənin abadlaşdırılması, binanın hər tərəfində fasadın təmiri, dam örtüyünün təmiri, küçənin işıqlandırması, yol probleminin həlli, asfaltanması kimi problemləri diqqətə çatdırıblar.

Daha sonra tanınmış həkim, Rauf Arifoğlunun vəkili Seyfəddin Əsəd namizədin millət vəkilliyinə layiq bir insan kimi qiymətləndirib. Vətəndaşları səsverməyə çağıran S. Əsəd hər zaman seçicilərin yanında olacaqlarını bildirib.

Sakinlər həmçinin əraziyə marşrut avtobusunun olmadığını və birbaşa şəhərin mərkəzinə gedən ictimai nəqliyyatın olmasını istəyiblər.

Загрузка...