Mərkəzi Amerikada yerləşən Beliz dövlətində Levon Termenciyan adlı amerikalı erməni dələduz beynəlxalq qalmaqala səbəb yaradıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, özünü həm də Lev Aslan Dermen kimi təqidm edən bu adam ona 500 milyon dollar gəlir gətirən fırıldaqçı sxem qurmaqda və insanları aldatmaqda suçlanır.

İstintaq gedişində Dermenin keçmiş partnyoru Ceykob Kinqston onun 2012-2016-cı illərdə hər ay Beliz dövlətinin adı çəkilməyən bir nazirinə 25 min dollar pul göndərdiyini deyib.

Hökumət məmuruna verilən rüşvət barədə informasiyalar indi Beliz mətbuatının səhifələrini bəzəməkdədir. Məhz bundan sonra Termenciyanın ABŞ vətəndaşı olduğu üzə çıxıb.

Məsələ ilə əlaqədar hətta Belizin baş naziri Din Barrou mətbuat konfransı təşkil etməli olub. O, hər bir naziri sorğu-suala çəkdiyini və adı çəkilən bu erməni ilə hər hansı sövdələşmənin olduğu barədə soruşduğunu söyləyib. Din Barrou onun kimliyinin aydınlaşdırılması nəticəsində müvafiq tədbirlərin görüləcəyinə söz verib.

Beliz müxalifəti isə baş naziri əslində hadisədən və nazirin kimliyindən xəbəri olmaqda ittiham edərək dərhal hökumət içindəki korrupsiyanı dayandırmağa çağırıb.

Musavat.com

Загрузка...