Businessman Being Arrested Royalty free: For comercial usage price on demand

ABŞ-da iki iranlı casusluq fəaliyyətinə görə azadlıqdan məhrum edilib.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə “ABC News” kanalı məlumat yayıb.

Həmin adamlar İran İslam Respublikası hökuməti üçün kəşfiyyat işi aparmaqda suçlanırlar.

Əhmədrza Məhəmmədi-Dustdar və Məcid Qurbani adlı ikili vətəndaşlığa sahib bu şəxslər müvafiq olaraq 38 və 30 ay həbsxanada cəza çəkəcəklər.

İttiham aktında onların ABŞ-da yaşayan İran əsilli vətəndaşların, habelə rəsmi Tehrana qarşı müxalifət olan “İran xalqının mücahidləri” təşkilatının (Mocahedin-e Halk) fəaliyyətini izlədikləri qeyd olunub. Adıçəkilən təşkilat İrandakı İslamçı rejimi devirməyi qarşıya məqsəd qoyub.

Bundan başqa, məhkəmə sənədlərində təqsirləndirilən şəxslərin İran kəşfiyyat xidmətinə ötürdüyü məlumat sayəsində onların ailələrinin zərər görəcəyi və ya rejim tərəfindən təqiblərə məruz qala biləcəyi qeyd olunub.

Загрузка...