Avstraliyalı Tara Vaytman sadəcə fotolarını paylaşmaqla ildə bir milyon dollar qazanır.

Haberler.com-un yaydığı məlumata görə, “İnstagram”da fotolarını paylaşan cazibədar qadının 1,3 milyon izləyicisi var.

O, dünyanı səyahət edərək reklam xarakterli fotolar çəkdirərək öz “İnstaqram” səhifəsində paylaşır və milyonlar qazanır.

25 yaşlı gözəlin 73 sponsoru olduğu və paylaşdığı hər reklam xarakterli fotodan on min dollar qazandığı bildirilir.

O, sponsorlar sayəsində Maldiv adalarından Əbu-Dabiyə qədər dünyanın bir çox turistik yerlərində yerləşən lüks otellərdə pulsuz gecələyir.

Загрузка...