“Aşk-ı Memnu” serialındakı Bihter obrazı ilə yaddaşlarda qalan Beren Saat yeni bir seriala çəkilib. 

Sözügedən serial, ABŞ transmilli şirkəti “Netflix” platformasında yer alıb.

Beren Saatın canlandırdığı “Atiye” serialı Türkiyədə, bir çox ölkədə o cümlədən də Azərbaycanda geniş müzakirələrə yol açıb.

Serial fantastik janrda çəkilib. Serialda bir çox sirli və qorxulu səhnələr yer alır. Ümumi olaraq isə söhbət bir qadının özünü kəşf etməsindən gedir. Serialda yer alan “Göbəklitəpə” adlı bölgə izləyicilərin marağına səbəb olub.

“Atiye” serialındakı simvolların sirri müzakirələrə səbəb oldu - Beren Saat yenidən dünyanın gündəmində (FOTOLAR)

İzləyicilər “Göbəklitəpə”nin mağarasındakı simvol və rəqəmlərin həqiqi və ya serialın fantastik elementlərinin bir hissəsi olub olmadığını araşdırır.

Serialda sözügedən bölgədə alnında ulduz olan qızın şəklinin mağara divarına həkk olunması yer alır.

“Atiye” serialındakı simvolların sirri müzakirələrə səbəb oldu - Beren Saat yenidən dünyanın gündəmində (FOTOLAR)

Lakin əslində “Göbəklitəpə”də nə elə mağara, nə də qız şəkli var. Lakin o bölgədə həqiqətən hələ də arxeoloji qazıntılar davam edir. Bu ərazidə ən son 1995-ci ildə  alman arxeoloqu Klaus Şmidt və qrupu tərəfindən bir neçə qalıntılar tapılıb.

12 min illik tarixi olan “Göbəklitəpə”dəki obelisks (dikinə basdırılmış daşlar), insanın simvolu olduğu düşünülür. İndiyə qədər 20 dairəvi ərazidən 6-sı qazılıb və bu quruluşların yaşayış məqsədləri üçün deyil, insanların bir araya gəlmələri üçün istifadə edildiyi düşünülür. Arxeoloqlar tərəfindən irəli sürülən fikirlər arasında bölgədə insanların əyləncə təşkil etməsi də yer alır. Hətta həcmi 160 litrə çatan çəlləklərin tapılması da “Göbəklitəpə”də pivə istehsalının olması və əyləncələrin təşkil edilməsi haqqında fikirləri dəstəkləyir.

“Atiye” serialındakı simvolların sirri müzakirələrə səbəb oldu - Beren Saat yenidən dünyanın gündəmində (FOTOLAR)

“Göbəklitəpə”də bu günə kimi arxeoloqlar tərəfindən bunlar tapılıb: insan və heyvan sümükləri, insan və heyvan heykəlləri, daş lövhələr, daş qablar, ox və nizə başlıqları.

Lakin bu günə kimi həmin ərazidə serialdakı kimi fantastik elementlərə rast gəlinməyib.

Bölgədə əhəmiyyətli işlər görən alman arxeoloq Klaus Şmidtin həyat yoldaşı Çiğdem Köksal Şmidt bölgədə üç növ daşın üstünlük təşkil etdiyini vurğulayır; bazalt, əhəng və çaxmaq daşı. Bu daşlardan başqa “Atiye” serialında göstərildiyi kimi dəyərli və bənövşəyi daşlar yoxdur. Beləliklə, başa düşəcəyiniz kimi serialdakı bənövşəyi daşlar da fantastik elementlərin məhsuludur.

“Atiye” serialındakı simvolların sirri müzakirələrə səbəb oldu - Beren Saat yenidən dünyanın gündəmində (FOTOLAR)

Serialda yer alan Sirius ulduzunun da real həyatdakı Göbəklitəpə ilə heç bir əlaqəsi olmadığı açıqlanıb. Bu barədə 2 il öncə həmin ərazidə işləyən arxeoloqlar geniş məlumat vermişdi.

“Atiye” serialındakı simvolların sirri müzakirələrə səbəb oldu - Beren Saat yenidən dünyanın gündəmində (FOTOLAR)

Daha əvvəllər “Göbəklitəpə”nin astronomik müşahidələr üçün istifadə edildiyi və meteoritlərin yerə düşdüyü bildirilirdi. Ancaq araşdırma qrupunda yer alan Cens Notroff iddiaların 2017-ci ildə gerçək olmadığını və bunu dəstəkləyən güclü dəlillər əldə etmədiklərini bildirmişdi.

Serialda “Atiye” obrazını canlandıran Beren Saatın tez-tez çəkdiyi simvola da həmin ərazidə rast gəlinməyib.

“Atiye” serialındakı simvolların sirri müzakirələrə səbəb oldu - Beren Saat yenidən dünyanın gündəmində (FOTOLAR)

Serialda yer alan simvolun mərkəzində günə. yer alır. Hər iki tərəfdə isə od və su var. Od və suyun yanında isə Mars və Venera əks olunub. Simvolun başlanğıc və sonunda isə Ay var.

Bu simvolun tam mənası mifologiyada açıq şəkildə izah olunur.

Mifologiyada Mars və Venera sevgini təsvir edir. Simvolun ortasındakı Günəş isə Ayın məbədi sayılan “Göbəklitəpə”ni ifadə edir.

“Atiye” serialındakı simvolların sirri müzakirələrə səbəb oldu - Beren Saat yenidən dünyanın gündəmində (FOTOLAR)

Qeyd edək ki, bu serial “Netflix”in hazırladığı ikinci orijinal və fantastik türk serialdır. Bundan əvvəl də ekranlara gələn, baş rolunu məşhur aktyorun Çağatay Ulusoyun canlandırdığı “Hakan Muhafız” serialı gündəm olmuşdu.

“Atiye” serialının ssenarisi Ceyson Corc, Nuran Evren Şit və Fatih Ünala aiddir. Serial türkiyəli yazar Şengül Boybaşın “Dünyanın oyanışı” adlı əsəri əsasında çəkilib.

Turan Oruc
Musavat.com

Загрузка...