İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ukraynaya məxsus təyyarənin vurulma anını əks etdirən görüntüləri yayan şəxsi həbs edib.

Bununla bağlı xəbəri İranın “Fars” agentliyi yayıb.

Ötən gün İran rəsmiləri təyyarə qəzası ilə əlaqədar bir neçə şəxsin həbs olunduğunu bildirmişdilər.

Xatırladaq ki, MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehranda qəzaya uğrayıb.

Göyərtədə olan 176 nəfərin hamısı həlak olub.

Oxu.az

Загрузка...