1987-ci ildə Olqa Derbedeneva Azərbaycan vətəndaşı Ələddin Kərimovla tanış olanda əmin idi ki, bu onun həyatının eşqidir. İki il sonra cütlüyün Brüs Li adlı oğlu dünyaya gəlir.

BAKU.WS xəbər verir ki, daha bir il sonra Ələddin oğlunu götürərək Rusiyanı tərk edib.

Bütün bu illər ərzində qadın uşağını tapmaq üçün axtarışlar aparıb.
Olqa Derbedeneva 30 ildən sonra Rusiyanın “Birinci kanal”ında yayımlanan proqram sayəsində oğlunu tapmağa müvəffəq olub.

Məlum olub ki, Ələddin Kərimov oğlunu Azərbaycana apardıqdan sonra onun adını Bəxtiyar adı ilə dəyişdirib və anasının qatarın altında qalaraq öldüyünü deyib.

Ana və oğul 30 ildən sonra ayrılığa son qoyaraq görüşə biliblər.

Загрузка...