Böyük Britaniya kraliçası nəvəsini dəstəklədiyini açıqladı
Böyük Britaniya kraliçası II Elizabet şahzadə Harri və onun xanımı Meqan Marklın “yeni həyat qurmaq” barədə istəklərini dəstəklədiyini bildirib.
Qeyd olunur ki, şahzadə Harri Krallıq ailəsinin bütün üstünlüklərindən və vəzifələrdən imtina etdiklərini açıqlamışdı.
Bukinqem sarayı tərəfindən yayılan rəsmi bəyanatda kraliça nəvəsi ilə məsələni konstruktiv şəkildə həll etdiklərini bildirib.
“Mən və ailəm Harri ilə Meqanın gənc ailə kimi yenidən başlamaq qərarını dəstəkləyirik. Hərçənd biz onların əvvəllər olduğu kimi krallığın vəzifələrini icra etməsini istərdik, lakin cütlüyün müstəqil həyat tərzi keçirmək arzusunu nəzərə alır və buna hörmət edirik. Bununla bərabər onlar mənim ailəmin bir parçası olaraq qalmaqda davam edəcəklər”, – deyə bəyanatda qeyd olunub.
II Elizabet şahzadənin yeni “keçid dövrünü” ya Birləşmiş Krallıqda, ya da Kanadada keçirəcəyini söyləyib. O, bununla bağlı qəti qərarların yaxın günlərdə veriləcəyini vurğulayıb.
Musavat.com