Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə beynəlxalq turnirdə Gürcüstan və Ukrayna güləşçilərinin dueli kütləvi davaya çevrilib.

BAKU.WS RİA “Novosti”yə xəbər verir ki, sərbəst güləş turnirinin yarımfinal görüşünda qarşılaşan Zurab Erbotsanaşvili və Həsən Zakariyev əsəblərinə hakim ola bilməyiblər.

Nəticədə kütləvi dava qeydə alınıb və idmançılar yarışdan diskvalifikasiya olunublar.

Qeyd edək ki, 79 kq çəki dərəcəsində yarışın yarımfinal mərhələsində gürcü güləşçi Erbotsonaşvili ukraynalı rəqibinə 8:5 hesabı ilə qalib gəlirmiş. Görüşün başa çatmasına 10 saniyə qalmış Ukrayna təmsilçisi Həsən Zakariyev qadağan olunmuş üsuldan istifadə edib və gürcü güləşçinin üzünə vurub.

Hadisə hər iki komandanın idmançılarını və onların məşqçilərini qəzəbləndirib.

Qeyd edək ki, hər iki idmançı diskvalifikasiya olunduğu üçün turnirin qalibi müəyyənləşməyib.

Загрузка...