Bu gün Nəsimi rayon Məhkəməsində taekvondoçu Fəridə Əzizova və tanışı Aysel İsgəndərovanın “open.az” saytı və jurnalistlərinə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçiriləcək.

Medianews.az “report”a istinadən xəbər verir ki, prosesdə “open.az” və jurnalistlərin nümayəndəsi məhkəmədə iş üzrə məhkəmə-psixoloji ekspertizasının təyin olunması barədə vəsatət qaldıracaq.

“Bununla bağlı qeyd etmək istərdik ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.

Fəridə Əzizova jurnalistləri məhkəməyə verib

Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir.

Həmin qərarda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir”, – vəsatətdə qeyd edilib.

Nümayəndə vəsatətində bildirib ki, hazırda məhkəmənin müəyyən etməli olduğu məsələlərdən biri də iddiaçıların barəsində qeyd olunan məlumatların doğru olub-olmamasının müəyyən olunması üçün iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin olunmalıdır:

“Belə ki, iddiaçı Əzizova Fəridə Şıxməmməd qızının geyimi və həyat tərzi, mətbuat vasitəsi ilə verdiyi müsahibələri, sosial şəbəkələrdə paylaşımları, şəkillərinə yazılmış şərhlər onun psixoloji vəziyyətinin müəyyən olunmasını zəruri hesab edir.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir”.

Fəridə Əzizova jurnalistləri məhkəməyə veribVəkil vəsatətində qeyd edib ki, dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli Fərmanının 23-cü maddəsinin birinci hissəsində “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirirlər:

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2011-ci il tarixli Fərmanında göstərilib ki, həmin Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə 5 tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Səhiyyə Nazirliyi həyata keçirir, məhkəmə ekspertizasının digər sahələrində Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmə-daktiloskopik və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Daxili İşlər Nazirliyi həyata keçirir.

MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.

Hazırkı mülki üzrə məhkəmə-psixoloji ekspertizası təyin olunsun və ekspertizanın keçirilib rəy verməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun:

1. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızının psixioloji emosional vəziyyətləri necədir?

2. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızının psixi yaşları və fərdi-psixi xüsusiyyətləri, intelektual inkişafı və emosional halları nəzərə alınmaqla onların eyni cinslərə qarşı münasibətləri necədir?

3. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızı eynicinsli hesab oluna bilərmi?”.

Məsələ ilə bağlı “report” F.Əzizovaya müraciət edib. İdmançı suallara cavab vermək istəmədiyini, vəkili ilə əlaqə saxlanılmasını istəyib.

F.Əzizovanın vəkili Yaqub Məmmədli də açıqlamasında suala cavab verməkdən istəməyib.

Qeyd edək ki, taekvondoçu F.Əzizova və A.İsgəndərova Open.az və jurnalistlərinə qarşı iddia qaldırıb. Onlar iddialarında şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və digər tələblər irəli sürüblər.

Proses Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək.

Fəridə Əzizova jurnalistləri məhkəməyə verib

Загрузка...