1911-ci ildə Makedoniyada anadan olan və 16 yaşında ildırım vurması nəticəsində görmə qabiliyyətini itirən Vanqa dünyanın ən məşhur öncəgörücülərindən biri olub.

Tarixin ən böyük öncəgörücülərindən olan Vanqanın 2020-ci illə bağlı proqnozları qorxuncdur. Bu günə qədər verdiyi bir çox proqnozları doğru çıxan öncəgörücünün bu illə bağlı proqnozları da olduqca maraqlıdır.

Bu proqnozlara görə, Rusiya prezidenti Vladimir Putin sui-qəsdə məruz qalacaq. ABŞ lideri Tramp isə ağır xəstəliyə tutulacaq.

Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...

Məlumdur ki, Vanqa 11 sentyabr hücumları, İŞİD-in qurulması və Brexit prosesi kimi bir çox hadisələrdən öz proqnozlarında bəhs etmişdi.

Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...

Putinə sui-qəsd ediləcək, Tramp xəstəlikdən öləcək

Vanqanın proqnozlarına görə, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi olacaq. Üstəlik bu sui-qəsd Putinin təhlükəsizliyindən məsul olan şəxs tərəfindən həyata keçiriləcək. Vanqa sui-qəsdin uğurlu alınıb-alınmayacağı ilə bağlı heç bir fikir bildirməyib.

Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...

Vanqanın bir başqa proqnozuna görə isə ABŞ prezidenti Tramp bu günə qədər sirri bilinməyən bir xəstəliyə tutulacaq və eşitmə qabiliyyətini itirəcək. ABŞ prezidentinin beynində bəzi əsas funksiyalarla bağlı problemlər də yaranacaq.

Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...

2020-ci il Avropa Birliyinin dağıldığı il olacaq. Üstəlik, Avropa iqtisadiyyatı tamamilə çökəcək.

Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...

Qatarlar Günəş işığı ilə hərəkət etməyə başlayacaq. Neft dəyərdən düşəcək və dünya az da olsa, hüzura qovuşacaq.

Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...

Vanqanın proqnozlarının ilk dördlüyündə yer alan məlumatlara aşağıdakılar daxildir:

‘Böyük və güclü bir əjdaha bəşəriyyətin başında öturacaq. Üç nəhəng ölkə birləşərək dünyanı idarə edəcək. Əllərində qırmızı sikkə olan insanlar olacaq. Bundan əlavə, çoxlu sayda sıfırlı ədədlər insanlığı idarə edəcək. ‘

Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...

Şərhçilər bu sətirləri “Çin yeni dünya nəhəngi olacaq”, – deyə şərh edirlər. Səbəb Çinin simvolunun əjdaha olmasıdır. Proqnozda adı keçən 3 nəhəng ölkə – Rusiya, Hindistan və Çindir. “Qırmızı sikkələr”in də mənası var. Belə ki, bu söz bizə Çinin 100 yuanındakı qırmızı əskinasları və Rusiyanın 5000 rublunu xatırladır.

Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...

III Dünya Müharibəsi ilə bağlı Vanqanın proqnozları nələrdir?

Ötən həftə Pentaqon, Bağdad Beynəlxalq Hava Limanında İran Qüds Qüvvələri komandiri Qasim Süleymaninin və Haşd əl-Şabi komandiri Əbu Mehdi əl-Mühəndisin öldürüldüyünü açıqlayıb.

Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...

Bununla da İran və Amerikanın yanvar ayının ilk günlərində qarşı-qarşıya gəlməsi sosial mediada Üçüncü Dünya Müharibəsi müzakirələrinə səbəb olub.

Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...

Qeyd edək ki, Vanqa bundan öncə də Suriyadakı bəzi hadisələrdən sonra supergüclər arasında nüvə müharibəsi baş verəcəyini və nəticələrinin ABŞ prezidentinin məhvinə gətirib çıxaracağını proqnozlaşdırmışdı.

Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...

Bundan əlavə, Vanqa Şimali Koreyanın dünyaya təhdid olduğunu və gün keçdikcə daha da böyüyəcəyini də bildirmişdi.

Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...

Vanqanın başqa bir proqozu isə bəzi Orta Şərq ölkələrinin 2040-cı illərə qədər Avropaya birbaşa nüvə hücumu edə biləcəyidir. Bir sözlə, öncəgörücü mümkün olan Üçüncü Dünya Müharibəsini gördüyünü açıq bir tərzdə öz proqnozlarında izah edib.

Toğrul İsmayıl,
Musavat.com

Загрузка...