Türkiyənin Konta şəhərində baş vermiş dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.

Musavat.com xəbər verir ki, orta yaşlı kişi platonik aşiq olduğu qadını və onun bacısını tapanca ilə vuraraq öldürüb.

Şeyma Sarı ilə Tuğba Sarı bacıları dünyalarını dəyişiblər. Hadisə vaxtı onların anası da yaralanıb.

Psixoloji durumları yerində olmayan qatilin məhkəmədəki ifadələri hər kəsi şoka salıb.

Platonik aşiq olduğu qadını öskürdüyü üçün öldürüb - Qatilin məhkəmədəki etirafları hər kəsi şoka saldı

O, platonik aşiq olduğu qadının öskürməyindən və digər hərəkətlərindən özünə yönəlik mənalar çıxardığını bildirib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında baş verib.

Məhkəmədə qatilin uzun illər Hollandiyada yaşadığı, 2014-cü ildə Türkiyəyə geri döndüyü də məlum olub. Ayaqqabı sexində işləyən və 3 uşaq atası olan Müzəffər Canpolad qətl hadisəsini törətdikdən sonra qaçmayıb. O, polis bölməsinə gedərək təslim olub.

Qətlə yetirilən bacılardan birinin həmin gün doğum günü imiş. Şeyma Sarı öz doğum günündə ürəyindən vurularaq öldürülüb. Digər bacı Tuğba Sarı isə aldığı güllə yarası ilə xəstəxanaya çatdırılmışdı. Lakin onun da həyatını xilas etmək mümkün olmamışdı.

Platonik aşiq olduğu qadını öskürdüyü üçün öldürüb - Qatilin məhkəmədəki etirafları hər kəsi şoka saldı

Ötən gün baş tutan məhkəmədə qatilin verdiyi ifadə hər kəsi şoka salıb.

O, gənc qızın öskürməsindən və digər hərəkətlərindən mənalar çıxardığını dilə gətirib: “ Tuğba və Şeymanı uşaqlıqdan tanıyıram. Şeymanın mənə qarşı hərəkətlərindən dolayı dəyişik duyğulara qapıldım. Şeyma evdə olanda mənə işarə verirmiş kimi öskürürdü. Onların evindən bizim evin divarına yumruq vurma səsləri gəlirdi. Hadisə baş verən günü Şeyma ilə danışmaq üçün getmişdim. Ona aşiq olduğumu deyəcəkdim. Lakin ilk öncə anası danışmağımıza mane oldu. Mən də hirsləndim. Birinci anasını tapanca ilə vurdum. Daha sonra Şeymanı vurdum. Ən sonda otaqların birində qaçıb gizlənən Tuğbanı vurdum. Hadisəni törətdikdən sonra binadan çıxaraq birbaşa polis bölməsinə gedib təslim oldum”.

Qatil məhkəmədə bacıları öldürdüyü üçün peşiman olduğunu bildirib. Daha sonra onun psixoloji müalicə üçün müraciət etdiyi məlum olub. Lakin Müzəffər Canpolad tətbiq edilən müalicəni almaqdan imtina edib.

Musavat.com

Загрузка...