ABŞ-ın Şimali Karolina ştatının  Durham Kounti qəsəbəsində yaşayan 19 yaşlı qız sosial mediada paylaşdığı fotolara kifayət qədər bəyənmə gəlmədiyi və şərh yazılmadığı üçün intihar edib.

İntihar edən gənc qızın anası “Sosial media qızımın canını aldı” deyərək onun feysbuka aludə olduğunu bildirib.

19 yaşlı Chloe Davison feysbukda paylaşdığı fotoya istədiyi kimi bəyənmə və şərh gəlməyib. Nəticədə gənc qız intihar edib.

Qızın 20 yaşlı bacısı Ceyd onun dayə olmaq istədiyini söyləyib: “Bacım paylaşdığı fotoları bəyənilməyəndə və onlara şərh yazılmayanda narahat olurdu. Hesab edirəm ki, bacımın intiharında sosial media böyük rol oynadı. Doqquz həftə əvvəl mənim bir övladım oldu. Bacım onu çox sevirdi. Mənim də ən yaxın sirdaşım idi. Onsuz nə edəcəyəmi bilmirəm”.

İntihar edən gənc qızın anası da onun ölümündə sosial medianın rolu olduğunu vurğulayıb: “Qızımın intiharında sosial medianın böyük rolu var. Sosial media qızımın həyatını ələ keçirmişdi. Qızım dərslərə də getmirdi. Çox vaxt evdə oturur, bütün günü sosial mediada vaxt keçirirdi. Qızım çox gözəl idi, lakin gözəlliyinin fərqində deyildi. Kənardan ona baxan insanların rəyləri ilə maraqlanırdı. Sosial mediada paylaşdığı fotolarını hər kəsin bəyənməyini istəyirdi. Kifayət qədər bəyənmə və şərh olmayanda fotoları silirdi.

Turan Oruc
Musavat.com

19 yaşlı qızın ağlasığmaz intiharı - Fotosu yetərincə bəyənilmədiyi üçün özünü öldürdü (FOTOLAR)

Загрузка...