Rusiyanın Yamalo-Nenets vilayətinin Qaz-Sale kəndinin sakinləri burada yaşamaqdan beziblər. Onlar yurd yerlərini tərk etmək qərarına gəliblər.
Bizimyol.info xəbər verir ki, əhalinin 85 faizi kəntdən getməyi qətiləşdirib. Sakinlər bununla da kəndi ləğv etmək istəyini ortaya qoyublar.
“Komsomolskaya pravda”nın yazdığına görə, evlərin 80 faizi qəzalı vəziyyətdədir. Yəni 40 evdən 32-si yaşanmalı durumda deyil. Təxminən 2 min əhalisi olan kənd sıradan çıxmaq üzrədir.
Kəndin daxil olduğu Tazov rayon administrasiyasının rəhbəri Sergey Lisovski kəndin ləğvini mümkün sayır. Bunun üçün əvvəlcə sakinlər öz “pasport”unu yaratmalıdır. Yəni harada yaşamaq istədiyini, təhsil, iş seçimlərini bildirməlidir.
Kənd əhalisinin əksəriyyəti Novıy Urenqoya köçmək istəyir. Həmin rayonun rəhbəri Vasili Parşakov deyib ki, təəccüblü bir şey yoxdur, çünki burada evlərin qiyməti Qaz-Saleyə nisbətən ucuzdur.