Rusiya Qara dənizdə “Kinjal” hipersəsli aeroballistik raketinin sınağını keçirib.

Şimal və Qara Dəniz Donanmalarının birgə təlimi zamanı buraxılan raketin görüntülərini “Zvezda” telekanalı yayımlayıb.

Döyüş atışı MiQ-31K qırıcıları tərəfindən həyata keçirilib.

Şimal Donanmasının “Marşal Ustinov” raket kreyserinin təlimlərini Rusiya Prezidenti Vladimir Putin izləyib. Ümumilikdə 30-dan çox gəmi, Qara dəniz Donanmasının sualtı qayığı və Rusiya HKQ-nin 40-dan çox təyyarəsi təlimlərə cəlb olunub.

Загрузка...