Avstraliyalı aktyor, musiqiçi və model Harri Haines 27 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə anası, aktrisa Ceyn Badler “İnstaqram” səhifəsində məlumat verib.

“Yanvarın 7-də gözəl oğlum öldü. 27 yaşında idi və bütün dünya onun ayağında idi. Təəssüf ki, o, ruhi xəstəliklər və asılılıq ilə mübarizə apardı”.

Anası, oğlu Harrinin ölümünün dəqiq səbəbini açıqlamayıb.

Harri Haines, “Amerikalı Dəhşət Hekayəsi”, “OA” və “Gizli Pit” seriallarında rol aldı. O, Avstraliyada anadan olub, İngiltərəyə, modellik karyerasına başlamış və sonra ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Anası, 66 yaşlı Ceyn Badler, “Kaybolan Dünya”, “Qonşular”, “Şahin Xaç” və s. seriallarında rol alıb.

Загрузка...