Əməkdar artist Elza Seyidcahan altıncı çağırış 2020-ci ilin doqquz fevral tarixində növbədənkənar parlament seçkilərinə qatılıb.
BAKU.WS xəbər verir ki, bəstəkar-müğənni 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürüb.
Elza xanımın namizədliyi artıq təsdiqlənib.
Xatırladaq ki, E.Seyidcahan ötən çağırışda da namizədliyini irəli sürmüşdü.