Rauf Arifoğlu seçki qərargahının yaradıldığını elan etdi, Çingiz Özgür sədr təyin olundu – FOTOLAR, VİDEO

Deputatlığa namizəd Rauf Arifoğlu: “Xətai rayonu tək bir millət vəkili deyil, “Yeni Müsavat” Media Qrupunun əməkdaşlarının simasında 30-40 vəkil qazanır”

Dekabr ayının 26-da “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən parlament seçkilərinə qatılması və seçki qərargahının yaradılması ilə bağlı iclas keçirilib. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, Media Qrupunun əməkdaşları ilə yanaşı, Xətai rayon sakinləri də iştirak ediblər.

Musavat.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan Rauf Arifoğlu qonaqları salamlayıb, onlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, namizədliyini irəli sürdüyü gündən etibarən seçki ilə bağlı ən çox müzakirə olunan məsələ məhz onun 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd olmasıdır.

R.Arifoğlu vurğulayıb ki, bu dairədən namizədliyini irəli sürməsi təsadüfi deyil: “21 ildir ki, Xətai rayonunda yaşayıram. Rəhbərlik etdiyim media orqanı bu rayonun problemlərini illərdir ki, işıqlandırır, onların həllinə nail olur. Mən Xətai rayon sakiniyəm və bu dairədən namizədliyimi irəli sürürəm. Mənim namizədliyimi verdiyim dairədə dostum olan bir namizəd yoxdur. Digər tərəfdən bütün dostlar, qohumlar eyni dairədən namizədliyini verə bilərlər. Bu, demokratiyanın bir qaydasıdır. Digər dairələrdə də eyni düşərgədən olanlar, dost olanlar namizədliklərini irəli sürüblər. Ancaq heç biri müzakirə olunmur”.

R.Arifoğlu onu da vurğulayıb ki, Xətai rayonu tək bir millət vəkili deyil, “Yeni Müsavat” Media Qrupunun əməkdaşlarının simasında 30-40 vəkil qazanır: “Mənim işim o olacaq ki, bu bölgənin sakinlərinin işsizlik, yol, qrunt sularının binaları basması, məktəblərdəki sıxlıq və digər məsələləri qabardım, dövlətin vasitəsilə həllinə nail olum. Deputatın işi yol çəkmək deyil, biz bunu dövlətin yardımı ilə edəcəyik. Siz bizə yazın, problemlərinizi deyin. Çalışacağıq ki, onları həll edək”.

R.Arifoğlu seçki qərargahının yaradılmasını elan edərək, qərargah sədrini təyin edib. Tanınmış yazar Çingiz Özgür Rauf Arifoğlunun seçki qərargahının sədri təyin olunub. Ç.Özgür söz alaraq, ona göstərilən etimada görə təşəkkürünü bildirib.

Daha sonra tədbirdə iştirak edən tanınmış qonaqlar çıxış edərək, namizədə uğurlar arzulayıblar, onun parlamentdə təmsil olunmasının xalqa faydalı olacağını bildiriblər.

Sabiq maliyyə naziri Saleh Məmmədov çıxış edərək, Rauf Arifoğlunun namizədliyini dəstəklədiyini və onun millət vəkili üçün gərəkli olan kriteriyalara cavab verdiyini bildirib: “Parlamentdə milli və mübariz insanlar lazımdır. Texnologiyaların indiki inkişafı dövründə innovativ insan lazımdır. Rauf bəy bütün bu kriteriyalara cavab verir. Onun millət vəkili olması ölkəyə və xalqa çox fayda gətirəcək. O, çox mübariz bir insandır. Biz Rauf bəyə təkcə deputat seçilməsi üçün yox, bütün qeyd olunan proqramları həyata keçirə bilməsi üçün dəstək olmalıyıq”.

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov, Qarabağ qazisi Rüxsarə Cumayeva da çıxış edərək, Rauf Arifoğlunu dəstəkləyiblər.

VİP sədri Əli Əliyev də namizədə uğurlar arzulayıb. O, qeyd edib ki, R.Arifoğlu media rəhbərindən daha çox siyasətçidir: “Onun imza atdığı hər bir layihə uğur qazanıb. İnanıram ki, onun millət vəkili olması da uğurlu olacaq. Biz meydanda formalaşmışıq, eyni materialdan olan insanlarıq. Mən arzu edirəm ki, o, parlamentə düşsün. Bu millətin problemlərini qaldırsın. Onun yürütdüyü siyasət çoxları üçün örnək olub. Rauf bəy həmişə bizə dəstək olub, bizə platforma verib. Onun rəhbərlik etdiyi media qurumu ölkədə ictimai rəyi formalaşdırıb. Mən ona və komandasına uğurlar arzulayıram. Rauf bəyi dəstəkləyin, onu tək qoymayın. Biz də onu parlamentdə görmək istəyirik”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “R.Arifoğlu elə insandır ki, o, hara dəvət etsə, mən heç bir sual vermədən gedərəm” deyə bildirib: “Biz parlamentdə milli insanların, düşünən beyinlərin olmasını istəyirik. Onların müxalifətdən və ya iqtidardan olmasının fərqi yoxdur”.

Qarabağ Azadlıq Təşkilatlarının sədri Akif Nağı namizədliyini irəli sürdüyü üçün R.Arifoğlunu təbrik edib: “Ümid edirəm ki, yeni formalaşacaq parlament xalqa və millətə faydalı olacaq. Bu mənada Rauf Arifoğlunun namizədliyi çox müsbət haldır. Rauf bəy Qarabağ müharibəsində, “Qurtuluş” batalyonunda olub, ancaq heç vaxt bunu qabartmayıb. Azərbaycanın müstəqilliyi, azadlığı üçün gördüyü heç bir işi dilə gətirməyib. Müxalifətin ən kəskin vaxtlarında gerçək müxalifətçi olub. Bu gün isə elan edib ki, mən mərkəzçiyəm. Mən də bu mövqenin tərəfindəyəm. Azərbaycanı bölmək istəyən qüvvələrə qarşı olmalıyıq. Bu ölkəni birləşdirən, inkişafa aparan insanlara ehtiyacımız var. Rauf bəy də belə insanlardan biridir”.

Qarabağ qazisi Səfər Hümbətov da çıxışında Rauf Arifoglunun millət vəkili olmasını dəstəkləyib və ona uğurlar arzulayıb.

İş adamı, “Yeni Müsavat” qəzetinin yazarı Mürvət Həsənli də qeyd edib ki, Rauf bəyin vəkili olmaq, həmçinin seçicisi olmaq şərəfdir.

Daha sonra tanınmış teleaparıcı Turan İbrahimov Rauf Arifoğlunun vəkili elan olunub. O, məmnuniyyətlə bunu qəbul etdiyini qeyd edib. Turan İbrahimov bildirib ki, ölkə və xalq üçün xeyirli olan bu işdə ona dəstək olacaq.

Qərbi Azərbaycana Qayıdış Hərəkatının sədri Rizvan Talıblı bu seçki kampaniyasının uğur qazanacağına inandığını bildirib: “Yeni Müsavat” həmişə cəmiyyətin neqativ cəhətlərini, problemlərini işıqlandırıb. Bu günə qədər Milli Məclis heç zaman nəzarət funksiyasını həyata keçirə bilməyib. Ümid edirəm ki, yeni parlament bu işin öhdəsindən gələcək. Bunun üçün də orada Rauf Arifoğlu kimi millət vəkilinin təmsil olunması önəmlidir”.

Загрузка...