İspaniya La Liqasının X turundan təxirə salınmış və “Kamp Nou” stadionunda baş tutan “Barselona” və “Real Madrid” matçı qolsuz bərabərliklə başa çatıb.
“Report” xəbər verir ki, komandalar matç ərzində qarşılıqlı hücumlar etsələr də, qapılara qol vurulmayıb.
Komandalar indiyə qədər bütün turnirlərdə 276 dəfə qarşılaşıblar. Onlardan 115-də “Barselona”, 99-da “Real Madrid” qalib gəlib, 62 matçda heç-heçə ilə başa çatıb. Kataloniyalılar top fərqində də üstündürlər – 482:446.