“Real Madrid” və “Barselona” futbol komandaları arasında “Kamp Nou” stadionunda keçirilən matç zamanı Barselonada Kataloniya radikalları və polis arasında toqquşmalar baş verir.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, radikallar stadionunun ətrafındakı küçələrdə zibil konteynerlərindən və yol nişanlarından barrikadalar qurur, polisə müxtəlif predmetlər, o cümlədən bankalar, butulkalar atırlar.
Polis radikallara dəyənəklər və rezin güllələrlə cavab verir. “La Sexta” telekanalının məlumatına görə, hüquq-mühafizə orqanları gözyaşardıcı qazı tətbiq edib.
Qeyd edilir ki, azı bir nəfər saxlanılıb.