Ötən gün Bakıda dəbdəbəli toy mərasimi baş tutub.
Minval.info xəbər verir ki, “Buta Palace”da baş tutan toyda Rusiyanın popular müğənniləri Leonid Aqutin, Anjelika Varum, sirk ustaları, həmçinin, Xalq artistləri Röya Ayxan, Aygün Kazımova, Miri Yusif çıxış edib. Gecənin aparıcısı Xəyyam Nisanov olub.
Məclisdə diqqət çəkən məqamlardan biri rusiyalı müğənni Leonid Aqutin ilə Xəyyamın duet oxuması olub. Aqutin Xəyyamla birlikdə Azərbaycan mahnısı ifa edib.