2019-cu ilin bitməsinə sayılı günlər qalıb. Bu il də şou-biznes nümayəndələri şəxsi həyatları ilə diqqət çəkməyi bacarıb. Onlar arasında ailə qurub övlad sahibi olanlar da oldu, ayrılıb tək qalanlar da… 

Musavat.com 2019-cu ildə ailə quran və boşanan məşhurların siyahısını hazırlayıb:

Müğənni Sevda Sanaliyeva ikinci həyat yoldaşı Cəmildən yay aylarında ayrılıb.  Lakin sənətçi ayrılığı boşandıqdan iki ay sonra ictimaiyyətə açıqlayıb.

Prodüser Anar Mədətov da həyat yoldaşı Elnurə Mədətovadan qalmaqallı şəkildə ayrılıb.  O, rəsmi nikahı pozulmadan Samirə adlı xanımla özünə toy məclisi qurub.

Aktyor Elşən Orucov da 2019-cu ildə boşanan məşhurlar sırasında yer alıb. Lakin aktyor ayrılmadığını açıqlayıb.

Müğənni Yaşar Yusub da bu il boşanan məşhurlar karvanına qoşulub.

Aktyor Əlixan Rəcəbov model həyat yoldaşı ilə bu il ailə qurub. Lakin cütlük  4 ay evli qala bilib. Onlar bir müddət öncə ayrılıb.

Müğənni İlqar Xəyal boşanma xəbəri ilə 2019-cu ildə gündəmə gəlib. O, ayrıldıqdan sonra  üçüncü dəfə nikah masasına oturub.

Müğənni Əbdül Xalid  həyat yoldaşından ayrılıb. Onun doğulduğu Tovuz rayonuna köçdüyü deyilir.

Aktyor Fərda Xudaverdiyevin də boşanma xəbəri ilə qalmaqala səbəb olub. Onun ilk həyat yoldaşı mediaya açıqlama verərək Fərdanın ikinci dəfə ailə qurduğunu bildirib. O Fərdanın ikinci xanımı haqqında ittihamlar səsləndirirb.

2019-cu ildə evlənənlərin sayı daha çox olub.

Müğənni Zamiq ikinci dəfə evləndiyini gizlətsə də, bu yaxınlarda oğlu dünyaya gəldiyini ictimaiyyətə açıqlayıb. Zamiq Aydan adlı xanımla evlidir.

Müğənni Əhməd Mustafayev əmisi qızı Səbinə ilə nikah masasına oturub.  O, dostları üçün bakıda, qohumları üçün Göyçayda məclis qurub.

Müğənni Leyla Ramazanlı isə fotoqraf Kamran Aydınova ərə gedib. İfaçı ana olmağa hazırlaşır.

Müğənni Azad Şabanov Toma adlı xanımla ailə qurub. İfaçı proqramların birində həyat yoldaşı ilə musiqi müəlliminin vasitəsilə tanış olduğunu açıqlayıb.

“Vicdan haqqı” serialındakı Fuad obrazı ilə məşhurlaşan aktyor Elşad Süleymanı Səbinə adlı xanımla nikah masasına oturub.

“Səs Azərbaycan”ın qalibi, müğənni Emiliya Yaqubova Tamerlan adlı iş adamıyla evlənib. Emiliya evləndikdən sonra Londona köçüb.

Aşıq Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduz da bu il ərə gedib. Daha sonra onun evliliyinin saxta olması barədə xəbərlər yayılıb.

“İmtahan” serialının aktrisası Aydan Həsənzadə və “Ata Ocağı” serialının aktyoru Tural Ələkbərov da bu il ailə həyatı qurub.

Загрузка...