Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə maraqlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçinin “İnstagram” hesabında paylaşdığı videoda evə gec gəldiyinə görə oğlu Cahadı danladığını görürük.

Brilliant xanım hirslə oğluna bu sözləri deyir:

“Bu nədir istədiyin vaxt gedirsən, istədiyin vaxt gəlirsən? Saat 2-3-də evə gələ bilməzsən. 12-də evdə ol”.

Xalq artisti bu danlaqdan sonra virtual silahların hücumuna məruz qalır və partladılır. Sözsüz ki, bu görüntüləri oğlu Cahad hazırlayıb. Çünki Xalq artisti paylaşdığı videoya belə şərh verib: “Öz qarnından çıxanın vəfası budursa…”.

Sözügedən görüntüləri təqdim edirik:

Загрузка...