Bakıda baş verən qəza anı kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə aeroport yolunda, Sabunçu körpüsünün yanında baş verib.

“Chevrolet” markalı avtomobil hərəkətdə olarkən qəfildən idarəetməni itirib və sol zolağa doğru istiqamətlənib. Nəticədə, öz zolağı ilə hərəkətdə olan “Mercedes” markalı avtomobilin önünə çıxıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Sürücülər isə yüngül bədən xəsarətləri alıblar.

Загрузка...