“Best fashion model 2017” və “Miss Europe 2018” gözəllik yarışmalarının qalibi, cazibədar model Samirə Ağayeva çəkdirdiyi ehtiraslı fotosessiyası ilə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, Dubayda yaşayan Samirə qlamur və açıq-saçıq libasda tanınmış fotoqraf Dmitri Penkovun kamerası önünə keçərək seksual pozalar verib.

Model yandırıb-yaxan fotolarını şəxsi “Instagram” hesabında paylaşıb. O, yayımladığı şəkillərə “Öz statuslarımda özünüzü axtarmayın, onlar artıq sizin üçün deyil”, “Yaxşı qız olmaq lazım deyil, yaxşı insan olmaq lazımdır” şərhləri ilə diqqət çəkib.

Onun paylaşımlarına izləyicilər heyran qalsa da, bəziləri tənqid etməkdən vaz keçməyiblər.

Загрузка...