Türkiyənin Konya şəhərində çökən evin qarşısında canlı yayıma çıxan DHA-nın müxbiri yerli sakinlərin hücumuna məruz qalıb.

BAKU.WS xəbər verir ki, Karatay rayonunun sakinləri hirslərini agentliyin Həsən Dönmez adlı müxbirindən çıxıblar.

Kadrlardan göründüyü kimi bir neçə şəxs müxbirə zərbə endirməkdən belə çəkinməyiblər.

Qeyd edək ki, Karatayda 2 mərtəbəli evinin çökməsi nəticəsində 3 nəfər dağıntılar altında qalaraq həyatını itirib. Həlak olanlardan ikisi uşaqlar olub.

Загрузка...