Keçən ildən bəri karyerasında böyük uğura imza atan 21 yaşlı istedadlı repçi Juise Wrld bu gün Çikaqo hava limanında qəflətən dünyasını dəyişib.

TMZ maqazin portalının yaydığı məlumata görə, repçi infarktdan vəfat edib.

Musiqiçinin təyyarəsi səhər tezdən eniş edib və bir qədər sonra özünü pis hiss edib.

Həkimlər bildiriblər ki, onlar gəldikləri vaxt repçinin ağzından qan gəlirmiş.

Xəstəxanaya gedərkən Juisun hələ də özündə olduğu iddia edilib, lakin çox keçmədən can verib.

O, qısa karyerası ərzində bir neçə populyar hit mahnılara imza atıb.

Ötən bazar ertəsi isə repçi 21 yaşını qeyd edib.

Загрузка...