Ötən gün Astara rayonundə dəhşətli cinayət baş verib.

BAKU.WS xəbər verir ki, 1961-ci il təvəllüdlü Cabir Mürvət oğlu Əliyev Şiyəkəran kənd sakini Sadiq Novruz oğlu Əliyevin evində yanaraq ölüb.

Cabir Əliyevin meyitinə məhkəmə-tibbi ekspertlərinin iştirakı ilə baxış keçirilib.

Araşdırmalar nəticəsində Sadiq Novruz oğlu Əliyev Astara rayon Prokurorluğunun əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

S.Əliyev dindirilmə zamanı etiraf edib ki, Cabir Mürvət oğlu Əliyevlə şəxsi münaqişə zəmnində mübahisə edib. Mübahisə zamanı onu odun parçası ilə döyüb.

Daha sonra onu bıçaqlayıb. Daha sonra evə od vurub yandırıb. Özü isə oradan çıxıb.

Faktla bağlı Astara rayonu Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Загрузка...