Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əsas fəaliyyət istiqamətlərini açıqlayıb.

Minval.info xəbər verir ki, S.Əliyeva Pravda.az-a açıqlamasında deyib ki, Ombudsman vəzifəsi çox böyük etimaddır, məsuliyyətdir.

“Azərbaycan qanunlarını əsas tutaraq dövlət siyasətinin prioritet xətti olan vətəndaşlara xidmət, hüquq və azadlıqların qorunması istiqamətində fəaliyyəti daha da gücləndirəcəyəm” – Ombudsman deyib.

S.Əliyeva qeyd edib ki, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fərq qoyulmamalıdır: “Amma həssas qruplar var ki, onlara daha çox diqqət ayrılmalıdır. Bu qrupa uşaqlar, əlilliyi olan şəxslər, məcburi köçkünlər daxildir. Prioritet istiqamətlər bunlardır. Əvvəllər də Ombudsman ermənilərin əsir və girovluğunda olan azərbaycanlılarla bağlı iş aparıb, dünya ictimaiyyəti məlumatlandırılıb. Biz bu işi davam etdirəcəyik”.

Qeyd: Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Azərbaycanın Ombudsmanı seçilib.

Загрузка...