Türkiyənin məşhur müğənnisi Murad Dalkılıç yeddi dəfə estetik əməliyyat etdirdiyini etiraf edib.

Oxu.Az xəbər verir ki, “İbrahim Səlimlə bu gecə” proqramına qonaq olan müğənni ilk əməliyyatını orta məktəbdə oxuduğu zaman etdiyini bildirib:

“Yeddi dəfə burnumdan estetik əməliyyat keçirmişəm. Uşaqlıqdan bəri xəstəliyim var. Burun sümüklərim çölə çıxırdı. Səhvən həkim əməliyyat zamanı sümükləri götürmək istəyərkən qığırdağı da kəsib götürüb.

Ondan sonra ora-buramdan nələrsə alınıb burnuma əlavə olundu. Həmin vaxt həyatımın ən çətin günlərini yaşadım. Ona görə də bundan sonra nə olursa, olsun burnumu estetik əməliyyat etdirməyəcəm. Çünki yorulmuşam”.

Загрузка...