Dağıstan rəhbəri Vladimir Vasilyev yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədov və atası, eyni zamanda məşqçisi Əbdülmanaf Nurməhəmmədova regionun ən yüksək mükafatını təqdim edib.

TASS xəbər verir ki, idmançı və atası “Dağıstan Respublikasına xidmətlərinə görə” medalı ilə təltif olunub.

Bu cür mükafat Nurməhəmmədovlara idman sahəsində yüksək nailiyyətlərə görə (məsələn Əbdülmanaf Nurməhəmmədov sambo üzrə 18 dünya çempionu yetişdirib və Ginnesin Rekordlar Kitabına düşüb) verilib.

Dağıstan lideri Həbib Nurməhəmmədova Toni Ferqusonla qarşıdakı döyüşdə uğurlar arzu edib.

Загрузка...