ABŞ polisinin cinayətkarı öldürdüyü daha bir video ortaya çıxıb.
Yeniavaz.com nypost.com-a istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında polis otaqda gizlənən şübhəlini həbs etməyə çalışıb. Bəhs edilən şəxsə silah doğruldan polis ona dəfələrlə təslim olmasını əmr edib. Ancaq şübhəli, yavaş hərəkətlə gizlətdiyi silahı çıxararaq polisə atəş açmağa cəhd edib.
Bunu görən asayiş keşikçiləri cəld davranaraq həmin şəxsi güllələyiblər. Cinayətkar hadisə yerində dünyasını dəyişib. Həmin görüntülər polisin təhlükəsizlik kameraları tərəfindən anbaan qeyd edilib.